“Bu vəziyyətdə internetin məhdudlaşdırılması zəruridir”


"Əminəm ki, Azərbaycanın kifayət qədər gücü var ki, Ermənistana layiqli cavab verməkdə davam etsin”



AFN xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Ermənistanın və Azərbaycanı istəməyən qüvvələrin təxribat xarakterli məlumatları internet vasitəsilə yaymasının qarşısını almaq üçün bu addımı atmaq lazım idi:

"Ermənistan genişmiqyaslı hücuma – hərbi təxribata başlayıb. Bunun nəticəsində mülki əhali arasında yaralananlar və ölənlər olub. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq üçün əks-hücuma keçib. Hazırda şiddətli döyüşlər gedir. Mənə elə gəlir ki, dünya təcrübəsinə əsasən, hərbi əməliyyatlar gedən vaxtda internetin məhdudlaşdırılması vacibdir”.

A. Mollazadənin sözlərinə görə, bu gün bütün Azərbaycan xalqı bir nəfər kimi səfərbər olmalıdır: "Düşmənin hücumlarının qarşısını Azərbaycan Ordusu alır. Biz hamımız Ali Baş Komandanı və Ordumuzu dəstəkləməliyik. Ordumuz təcavüzkarı cəzalandırmağa hazırdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu