Türkiyə Fransanın cavabını verdi - Rədd edirik..."


Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına Türkiyə sərt reaksiya verib.



Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytında bu məlumat yer alıb:

"Fransa Senatında qəbul olunan qərar beynəlxalq hüququn təməl prinsiplərinə məhəl qoyulmamasının bariz nümunəsidir. Qərarda Türkiyəyə istinad olunaraq dilə gətirilən iddiaları tamamilə rədd edirik. Fransa Senatında qəbul olunan bu qərar ATƏT-in Minsk Qrupunun bu günədək məsələyə niyə həll yolu tapmadığını, tərəf tutduğunu göstərir".

Məlumatda Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından geri çəkilməsi çağırışının gülünc, qeyri-ciddi olduğu vurğulanıb. Bu izaholunmaz qərarın Fransanın məsələnin həqiqi həllinə təsir etmək imkanının məhdudlaşdırılmasına səbəb olacağı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu