“7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı


Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Xankəndinin itirilməsinin mümkünlüyü barədə xəbərdar edib.



AFN virtualaz.org-a istinadən xəbər verir ki, bu açıqlama ilə Qarabağ separatçılarının “parlamenti”nin spikeri Artur Tovmasyan çıxış edib.

“2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirdi ki, siz “Kars, Kars” mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün “Stepanakert, Stepanakert” (Xankəndi – red.) mahnısını eşidəcəksiniz. O, bunu qəfldən dedi”, – Artur Tovmasyan “infoport.am” nəşrinə bildirib.

A.Tovmasyan 9 noyabrda Stepanakertin boş olduğu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyi zaman Serj Sarkisyanın sözlərini xatırladığını etiraf edib.

Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın bəhs etdiyi mahnıda “Qars – erməni torpağıdır və sual səslənir ki, şəhər Ermənistanın tərkibinə nə vaxt qayıdacaq” deyilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu