Sarkisyan hələ də Qarabağdadır
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan işğal altındakı Dağlıq Qarabağa səfərini davam etdirir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kəlbəcər rayonuna səfərdən sonra o bu dəfə Əsgəran qəsəbəsinə gedib.
Respublika Partiyası Serj Sarkisyanın separatçıların lideri Bako Saakyanla birgə Əsgəranda ölən erməni döyüşüçlərin qəbrini ziyarət etdiyi açıqlayıb. Keçmiş prezidentin artıq 5 gündür ki, Qarabağda olduğu xəbər verilir.