Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı


Türkiyənin "Qaziantep" komandasına yeni baş məşqçi təyin olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı portuqaliyalı mütəxəssis Rikardu Sa Pintuya tapşırılıb.

49 yaşlı baş məşqçi ilə 2,5 illik müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Marius Sumudikanı əvəzləyib.

Qeyd edək ki, daha əvvəl ölkəsinin "Sportinq" və "Braqa" klublarına başçılıq etmiş Rikardu Sa Pintu Serbiyada "Srvena Zvezda", Belçikada "Standard" və Polşada "Legiya" kimi komandalarda da işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu