“Neftçi”nin yeni baş məşqçisi kimdir?


Xəbər verdiyimiz kimi, bu gün Adrian Mutu ilə rəsmi şəkildə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi açıqlanıb. Bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.


“Qafqazinfo” yeni baş məşqçinin karyerası barədə məlumatı təqdim edir:

O, 1968-ci il iyunun 22-də Monteneqroda anadan olub. 13 illik futbolçu fəaliyyətindən sonra 2000-ci ildə məşqçiliyə başlayıb. Bojoviç futbolçu olduğu dönəmdə yalnız Yuqoslaviya kubokunu qazana bilib.

16 klubdan yolu keçən Bojoviç indiyə kimi məşqçi karyerasında (20 il) 2 titul qazanıb. “Rostov”la 2013/14 mövsümündə Rusiya kubokunu, “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2015/16) əldə edib.

Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.

O, “Neftçi”yə qədər “Arsenal” komandasına rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu