“İnter” 11 ildən sonra çempion oldu


İtaliya A seriyasında 2020-2021 mövsümünün qalibi bəlli olub.


"İnter" klubu sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bu, 34-cü turda bu gün keçirilən "Sassuolo" - "Atalanta" matçından (1:1) sonra dəqiqləşib. "Atalanta"nın xal itirməsi və lider "İnter"lə xal fərqinin 13 olması yarışın qalibini müəyyənləşdirib.

Qeyd edək ki, "İnter" 11 ildən sonra növbəti dəfə çempion adını qazanıb. Bu, Milan təmsiççisinin ümumilikdə 19-cu çempionluğudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu