Hakan Çalhanoğlu rəsmən "İnter"də


Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun "İnter”ə keçidi rəsmiləşib.


Qaynarinfo İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2017-ci ildən "Milan”ın formasını geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 43 oyuna çıxıb, 9 qola imza atıb. Futbolçunun bu klubla müqaviləsi bu yaya kimi idi. Bu üzdən də o, "İnter”ə azad agent kimi keçib. Türkiyə millisinin üzvü daha öncə Almaniyada "Karlsrue”, "Hamburq” və "Bayer” klublarının formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu