Ronaldinyonun oğlu “Barselona” ilə müqavilə imzalayıb


Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya “Barselona”sına keçidi rəsmiləşib.


“Report” klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Ölkəsində “Kruzeyro”nun yetirməsi olan Joao Mendeş Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”nın formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu