Messinin fanatı 7 il əvvəl proqnoz verdi və nəticə heyrətamizdir
Argentinanın 2022-ci il Dünya Çempionatının qalibi olaraq 36 ildən sonra kuboku muzeyinə apardı.
Penalti seriyası ilə bitən oyundan sonra ortaya çıxan paylaşım marağa səbəb olub. AFN.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri 7 il əvvəl öz paylaşımında böyük bir önəcrögənlik edib. Belə ki, twitter istifadəçisi José Miguel Polanco 20 mart 2015-ci ildə etdiyi paylaşını yenidən paylaşaraq gündəm olub. "18 dekabr 2022-ci il. 34 yaşlı Leo Messi Dünya Kubokunu qazanaraq bütün zamanların ən böyük oyunçusu olacaq. 7 ildən sonra yenidən yoxlayın", - Polanco yazıb. Nəticələr bu futbol azarkeşinin proqnozunun dəqiqliyini göstərib və dünya futbolsevərlərinin marağına səbəb olub.