Messi boşluğa düşdü: nail olacağı heç nə qalmadı


Argentina ilə Amerika Kubokunu, sonra isə Dünya Kubokunu qazanan Lionel Messinin fikrincə, artıq əldə ediləcək heç nə qalmayıb.


AFN.az xəbər verir ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan dünya şöhrətli futbolçu Lionel Messi qələbədən sonra ilk dəfə geniş müsahibə verib. UrbanaPlay-a danışan argentinalı ulduz, "Karyeramın sonunda bir dövrü bağlayıram. Hazırda heç bir şikayətim yoxdur və daha çoxunu istəyə bilmərəm. Amerika Kubokunu və Dünya Kubokunu qazandıq, ediləcək heç nə qalmayıb”.

Messi müsahibəsində ən böyük kədərini dilə gətirib. Argentinalı ulduz 2020-ci ilin noyabrında 60 yaşında dünyasını dəyişən Dieqo Armando Maradonanın Argentinanın Amerika Kuboku və Dünya Kubokunda qazandığı qələbələri görə bilməməsindən çox üzüldüyünü bildirib. "Kaş ki, Dieqo kuboku mənə versəydi və ya heç olmasa bu qələbələri görüb Argentinanı yenidən dünya çempionu kimi görsəydi" - deyə o təəssüfünü ifadə edib.

Lionel Messi DÇ-2022-də 7 qol vurub və 3 məhsuldar ötürmə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu