Peledən Messiyə: "Əminəm ki, indi Dieqo Maradona gülür"


İdman dünyasının bir çox dünya şöhrətli adları Argentinanın 36 il sonra FIFA Dünya Kubokunu qazanmasında baş rol oynayan Lionel Messini təbrik edib.


AFN.az xəbər verir ki, Argentinanın tarixi uğurundan sonra sosial şəbəkələrdə bir çox məşhurlar Messi haqqında yüksək fikirlər səsləndiriblər.

Karyerasında 3 dünya çempionluğu olan Pele, "Futbol həmişə olduğu kimi, bu matçla da öz füsunkar hekayəsini yazmağa davam etdi. Messi ilk dəfə hər cəhətdən layiq olduğu dünya çempionatını qazandı. Argentinanı təbrik edirəm. Əminəm ki, indi Dieqo Maradona gülür. Dostum Mbappe finalda penaltilər də daxil olmaqla dörd qol vurdu. Mən onu futbolun gələcəyi üçün böyük hədiyyə olaraq görürəm" - deyə bildirib.

Braziliya Milli Komandasının əfsanəvi hücumçularından biri olan Ronaldo həmkarı haqda "Messinin varlığı hətta tarixi rəqabətə şahidlik edən Braziliya və Argentina matçlarında da xüsusi yer tutur. Bu həyəcanlı finalda çoxlu braziliyalı və dünyanın hər yerindən insan gördüm. Dünya Messini dəstəkləyir. Bu, bir Dünya Kuboku ulduzundan daha çox, bir dövrün kapitanlığını edən dahi ilə vidadır. Messini təbrik edirəm!" kimi ifadələrdən istifadə edib.

"Qalatasaray"ın formasını geyinən argentinalı ulduz Mario İkardi, "Təbrik edirəm, Messi! Bu kuboka səndən artıq heç kim layiq deyil. Bunun üçün uzun müddət mübarizə apardın və mükafatını aldın. Əməyi keçən hər kəs çox sağ olsun" - mesajını paylaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu