Dünya çempionatının finalında Messi-Mbappe gərginliyi! - FOTOLAR


Futbol üzrə dünya çempionatının final oyununda Lionel Messi ilə Kilian Mbappe arasında yaşananlar oyundan sonra üzə çıxıb.


AFN.az "Fanatik"ə istinadən xəbər verir ki, TV-yə yansımayan görüntülər sonradan gündəm olub. Belə ki, çempionatın final qarşılaşması zamanı Messi oyunun açılış qolunu penaltidən vurduqdan sonra öz müydançasına qayıdarkən PSJ-də komanda yoldaşı olan Mbappeyə yumruğunu sıxaraq sevinc nümayiş etdirib. Mbappenin Messinin bu hərəkətinin fərqinə varsa da, üzünü digər tərəfə çevirdiyi görünür.
Lakin fransız ulduz Messinin "jestini" cavabsız qoymayıb. Penalti qolu ilə geri dönüşü alovlandırarkən, Messinin ona qarşı sevinc nümayişini unutmayan Mbappe də Argentinalı super ulduza öz hərəkətini edib.
Qeyd edək ki, əsas və əlavə vaxtı 3-3 hesabı ilə bitirən komandalar nəticəni penaltilər seriyasında müəyyənləşdiriblər. Argentina 4:2 hesabı ilə qələbə qazanıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu