Maksim Medvedev koronavirusa yoluxdu


Azərbaycan millisinin və "Qarabağ” komandasının kapitanı Maksim Medvedev koronavirusa yoluxub.



Bu barədə Report-a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb: "Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb”.

M.Medvedev UEFA Millətlər Liqasının VI turunda bu gün Lüksemburqla matçı buraxacaq.

Daha əvvəl yığmanın digər iki futbolçusu - Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

Qeyd edək ki, "Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu