Yerli səviyyədə idarəetmənin səviyyəsinə ekspert baxışı: SUAL-CAVAB


Yerli səviyyədə idarəetmənin səviyyəsinə ekspert baxışı:


Yerli səviyyədə idarəetmə orqanlarının və ictimai xidmət təşkilatlarının fəaliyyətində şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının təmin edilməsi sahəsində qanunvericiliyin və mövcud praktikanın qiymətləndirilməsi, bu sahədə mövcud problemlərə və bunların həll yollarına ekspert baxışlaırnın müəyyənləşdirilməsi məqsədi Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatının dəstəyi ilə həyata keçirilən layihə şərçivəsində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 10 nəfər ekspertlə (5-i Bakıdan, 5-i isə müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən yerli vətəndaş cəmiyyəti təmsilçiləri olmaqla) dərinləşdirilmiş müsahibələr təşkil edib. Müsahibələr əsasında hazırlanmış hesabatı təqdim edirik.



Müsahibəyə cəlb olunan ekspertlərin hər biri məşğul olduqları fəaliyyətləri ilə əlaqədar olaraq yerli səviyyədə ictimai informasiyaların ictimailəşdirilməsi və belə informasiyaya əlçatanlığın təmin edilməsi durumunu mütəmadi olaraq izlədiklərini təsdiq ediblər.
“Sizcə, bölgələrdə vətəndaşların ictimai informasiyalara əlçatanlığı sahəsində mühüm problemlər və tipik maneələr hansılardır?” sualına bütün ekspertlər bu sahədə problemlərin çox olduğunu qeyd ediblər. Ekspertlər aşağıdakı problemləri xüsusilə vurğulayıblar:
• Müvafiq qurumların qanunvericiliyə əməl etməyərək, ictimai informasiyaları yayma öhdəliklərini icra etməməmləri;
• Bölgələrdə dövlət orqanlarının və digər ictimai informasiya sahibi olan qurumların vəzifəli şəxslərinin informasiya açıqlığı ilə bağlı öhdəlikləri və vəzifələrini yetərincə anlamamaları;
• İnformasiya sorğusu ilə müraciət edən şəxslərlə müvafiq qurumlardan dərhal əks əlaqə saxlanaraq onların niyə informasiya tələb etmələrinin sorğulanması, habelə onlaa hədə-qorxu gəlinməsi;
• Hökumət səviyyəsində bu məsələlərin təşviqi ilə bağlı əlavə səylərin yetərincə olmaması;
• Rəhbər vəzifəli şəxslərin və bütövlükdə məmurların şəffaflığa olan mənfi münasibəti, hətta tələb əsasında informasiyanın verilməsini müxalif fikrə köməklik kimi qəbul etmələri,
• Yerlərdə vətəndaşların informasiyanın əldə edilməsi hüquqlar və mövcud imkanlar, müvafiq qurumların ictimai informasiya açıqlığı ilə bağlı öhdəlikləri və vəzifələri barədə məlumatlılıq səviyyəsinin çox aşağı olması;
• İnformasiyanın açıqlanması tələblərini icra etməyən qurumların məsul şəxslərinin cəzalandırılmaması;
• Yerlərdə vətəndaşların ictimai informasiyalarla maraqlanma səviyyəsinin son dərəcə aşağı olması (vətəndaş fəallığının zəif olması);
• Yerlərdə vətəndaşlar ictimai informasiyaların mənbələri və ictimai informasiya resurslaır barədə məlumatsızğı;
• Regionlarda insanların internet reurslarına çıxışın zəif olması və s..
“Bir qayda olaraq yerlərdə hansı ictimai informasiyaların daha əlçatan olduğunu söyləmək olar?” sualına cavabında ekspertlərin yekdil qənaəti budur ki, ümumiyyətlə rayon və yerli səviyyədə açıqlanan ictimai informasiyanın siyahısı son dərəcə məhduddur. Hətta açıqlanan informasiyalar da əsasən ümumi xarakter daşıyır. Ekspertlərin fikrincə, müvafiq dövlət qurumlarının və dövlət şirkətlərinin saytlarında olan informasiyanı ümumi qaydada yerlərdə də maraqlananlar üçün əlçatan hesab etmək olar. Bununla belə hətta həmin hesabatlarda da müvafiq qurumların regionlarda və yerlərdəki fəaliyyəti barədə məlumatlar ya ümumiyyətlə olmur ya da çox məhdud həcmdə olur. Rayon (şəhər) İcra hakimiyyətlərinin saytlaırnda isə əsasən rayon rəhbərliyinin keçirdikləri müxtəlif xarakterli tədbirləri, dövlət başçısının səfərləri, ölkə miqyasında həyata keçirilən müxtəlif təşəbbüslər çərçivəsində rayonda (şəhərdə) həyata keçirilən tədbirlər, ərazidə həyata keçirilən abadlaşdırma işləri barədə (ümumi xarakterli) və s. kimi məlumatlar əks olunur. Habelə seçkilərin nəticələri ilə bağlı rəsmi açıqlanan məlumatlar yerlərdə geniş yayılır. Ekspertlər habelə ayrı-ayrı kənd bələdiyyələri səviyyəsində bələdiyyə büdcələrinin formalaşması və xərclənməsi barədə məlumatları yerli ictimaiyyətə açıqlaması sahəsində maraqlı təcrübələrin mövcudluğunu vurğulayıblar.
“Regionlarda ictimai informasiyaya əlçatanlığı təmin edən yaxşı təşəbbüslərə və mexanizmlərə rast gəlmisinizmi? Əgər olubsa, nümunələr gətirə bilərsinizmi?” sualına ekspertlərin yarısı birmənalı olaraq rayon səviyyəsində belə təcrübələrə rast gəlmədiklərini bildiriblər. Ekspertlər rayon (şəhər) icra hakimiyyətinin saytlarının açılmasını ictimai informasiyanın açıqlanması baxımından yaxşı imkan olduğunu desələr də, həmin saytlarda qanunla tələb olunan informasiyaların yerləşdirilmədiyini vurğulayıblar. Bununla yanaşı bəzi ekspertlər ayrı-ayrı rayonlarda olan bəzi təcrübələri də qeyd ediblər. Ə.Nuriyev son zamanlar Mingəçevir şəhərində yerli vətəndaş cəmiyyəti (QHT-lər) səviyyəsində həyata keçirilən kiçik layihələrin ictimai informasiyaların açıqlanması mövzusunu əhatə etdiyini və həmin layihələr çərçivəsində dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında faydalı əməkdaşlığın yaranmasını vurğulayıb. Bununla yanaşı ekspert həmin işlərin davamlı olmadığını da qeyd edib. F.Nəbiyev bildirib ki, son bir ildə Mingəçevir şəhər İcra hakimiyyəti başçısı bütün məhəllələrdə sakinlərlə sistemli görüşlər keçirir. Bu görüşlərdə vətəndaşları maraqlandıran bütün suallara cavab verilir. Ekspert belə görüşlərin mütaəmadi olduğunu və sakinlərin həmin görüşlərdə fəallıq göstərdiyini vurğulayıb. V.Turan Quba və Xaçmaz rayonlarının icra hakimiyyətinin facebook səhifələrinin yaradılmasını maraqlı və əhəmiyyətli əcrübə kimi qeyd edib. Ü.Babasoy isə Bərdə rayon Gənclər və İdman İdarəsinin və “Asan Xidmət”in son zamanlar öz saytları vasitəsilə informasiya fəallığı nümayiş etdirdiyini bildirib.
Ekspertlərdən soruşulub ki, “fəaliyyətinizlə bağlı araşdırmaların gedişində yerli səviyyədə axtardığınız, lakin əldə edə bilmədiyiniz ictimai əhəmiyyətli informasiya olubmu? Olubsa, bunları qeyd edə bilərsinizmi?” Bütün ekspertlər mütəmadi olaraq bu cür hallarla üzləşdiklərini bildiriblər. Ekspertlər bildiriblər ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində açıqlanması tələb olunan məlumatların siyahısında olan infprmasiyaların əldə edilməsi ilə bağlı müraciətlər belə cavablandırılmır. Ekspertlər bildiriblər ki, informasiya sorğusu ilə müraciət edildikdə əksər hallarda rayon icra hakimiyyətinin yaxud informasiya üçün müraciət olunan müvafiq ictimai qurumların təmsilçiləri zəng edib həmin informasiyanı nə üçün istədiklərini sorurşur, hətta təhdid belə edirlər. Bununla yanaşı ekspertlər müxtəlif zamanlarda fəaliyyətləri ilə bağlı icra hakimiyyəti qurumlaırnn və dövlət orqanlarının xərclərinin strukturu, satınalmaların nəticələri, satınalmalarda qalib şirkətlərlə bağlı məlumatlar, yerli tkinti, təmir, bərpa və abadlıq işləri ilə bağlı xərclər, dövlət proqramları çərçivəsində yerlərdə həyata keçirilən işlərin büdcə xərcləri, dövlət büdcəsindən rayonlarda konkret tədbirlərin və işlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı məlumtlar üçün müvafiq qurumlara ünvanladıqları sorğuların cavablandırılmadıqlarını vurğulayıblar.
Ekspertlərə ünvanlanan növbəti suallar regionlarda vətəndaşların ictimai informasiyanı əldə edə biləcəkləri mənbələr və rəsmi kanallar, habelə belə mənbələrin fəaliyyətinin nə qədər səmərəli təşkil olunması barədə olub. Regionlarda (yerlərdə) vətəndaşların ictimai informasiyaları əldə edə biləcəkləri rəsmi mənbələr kimi ekspertlər müvafiq mərkəzi icra qurumlarının, dövlət orqanlarının və dövlət şirkətlərinin saytlarını, rayon (şəhər) icra hakimiyyəti qurumlarının saytlarını, rayon səviyyəsində dərc olunan rəsmi qəzetləri və regional TV-ləri və bəzi bələdiyyələrin saytlarının növcudluğunu qeyd ediblər. Müsahibələrdə ekspertlər bildiriblər ki, bütün rayon icra hakimiyyətlərinin nəzdində rəsmi fəaliyyət göstərən və dövrü olaraq çap edilən qəzetlər fəaliyyət göstərir, lakin bu qəzetlər məhdud ictimai informasiya ötürücüləri sayıla bilər. Ekspertlər qeyd ediblər ki:
• Mingəçevir şəhərində İcra hakimiyyətinin (http://mingechevir-ih.gov.az/ ) və Mingəçevir bələdiyyəsinin (http://www.mingechevir-belediyye.az/ ) saytları fəaliyyət göstərir. Bundan başqa Mingəçevir İcra Hakimiyyətinin təsisçisi olduğu “Mingəçevir” adlı qəzet müəyyən dövrülüklə çap olunur (onun saytı yoxdur), lakin həmin qəzetdə cəmiyyəti narahat edən problemləri işıqlandırmır. Habelə “Mingəçevir işıqları” adlı müstəqil qəzet nəşr olunur və özünün saytına malikdir (https://mi-news.az/ ) – bu qəzet həm Şəhər Statistika İdarəsinin rüblük məlumatlarını, həm də müxtəlif sahələrə dair ictimai informasiyaları mütəmadi olaraq dərc edir;
• Quba-Xaşmaz zonasında olan bütün rayon icra hakimiyyətlərinin r rəsmi qəzetləri dərc olunur, lakin bunların heç birinin saytı yoxdur;), lakin bunlar ciddi ictimai informasiya mənbəyi rolunda çıxış edə bilmirlər. Regionda fəaliyyət göstərən və yerli yayımla məşğul olan “Qafqaz TV”-nin tamaşaçı auditoriyası geniş deyil və ciddi informasiya mənbəyi kimi çıxış edə bilmir;
• Yevlaxda rayon icra hakimiyyətininə məxsus “Kür” (http://www.kur-yevlax.com/ ) qəzet buraxılır. Yevlaxda ARBMedia qrupa daxil olan televiziya kanalı (“Yevlax Tv” MMC”) fəaliyyət göstərir (https://aran.arbtv.az/ ), məlumatlar vaxtaşırı yenilənir.
• Bərdə rayonunda fəaliyyət göstərən yerli “Bərdə” qəzeti və Bərdə rayon Mərkəzi Kitabxanasının saytı (http://barda.cls.az/textCategory/262 ) vardır.
• Salyan RİH-nin təsisçisi olduğu “Qələbə” qəzeti və müstəqil “Ana Kür” qəzeti mütəmadi dərc olunur.Amma bu qəzetlər geniş ictimai informasiya mənbəyi kimi fəaliyyət göstərə bilmirlər.
Ekspertlər sadalanan ictimai informasiya kanallarının səmərəli fəaliyyət göstərə bilmədiklərini, qanunvericilikdə açıqlanması nəzərdə tutulan informasiyaların əksər hissəsinin bu mənbələrdə heç bir zaman əks olunmadığını qeyd ediblər.
“Vətəndaşların ictimai məlumatlara əlçatanlığının təmin edilməsi sahəsində xarici təcrübədə özünü doğrultmuş hansı informasiya ötürmə kanallarının bizim təcrübəmizdə də fəallaşdırılmasını zəruri hesab edirsiniz?” sualına cavablarında ekspertlər aşağıdakıları təklif etdilər:
• yerli resursların elektron-online sistemlərinin yaradılması;
• yerli səviyyədə açıq məlumat bazalarının yaradılması;
• yerli icra hakmiyyətlərinin və bələdiyyələrinin saytlarının aktivləşdirilməsi, məlumatla zənginləşdirilməsi və onlayn əlaqə imkanlarının təmin edilməsi;
• yerli QHT-lərin yaratdığı və konkret maraq qruplarına yönəlik açıq informasiya sistemlərinin qurulması;
• rəqəmsal yerli hökumət modelinin qurulması;
• vəzifəli şəxslərin şəxsi sosial media hesablarının aktivləşdirilməsi və ictimaiyyətlə birbaşa əlaqələrin qurulması;
• mərkəzi qurumların saytlarında yerlərdəki qurumlara sərbəst şəkildə öz məlumatlarını daxil etmək imkanının yaradılması və s..
Mərkəzi icra hakimiyyəti qurumlarının regional və yerli strukturlarının informasiya sahibi hesab olunub olunmaması ilə bağlı ekspertlərin hamısının rəyi üst-üstə düşdü: ekspertlər “İnformasiya əldə emək haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən qeyd ediblər ki, mərkəzi icra hakimiyyəti qurumlarının regional və yerli strukturları informasiya sahibi hesab olunurlar və qanunvericiliyin tələbinə uyğun informasiyaları açıqlamağa borcludurlar. Ə.Məmmədli qeyd edib ki, “Avropa Şurası Nazirlər Kabinetinin üzv dövlətlərə tövsiyəsində bütün instansiya qurumların dövlət qurumu kimi qəbul edilməli olduğu göstərilib. Bizim qanunvericilik də bu çərçivəni mənimsəyib”. Ə.Nuriyev bildirib ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsinə görə dövlət orqanları informasiya sahibi sayılır. “Dövlət qulluğu haqqında” Qanunun 7-ci maddəsində isə dövlət orqanın anlayışı verilib. Bunlardan çıxış edərək qeyd etmək olar ki, bütün mərkəzi icra hakimiyyəti qurumlarının regional və yerli strukturları yerli məsələlərlə bağı informasiya sahibləri hesab olunurlar. İnformasiya əldə etmək haqqında qanunun nəzərdə tutduğu öhdəliklər onlara da şamil olunur”. Digər hüquqşünas ekspertlər X.Ağəli, H.Həsənov və M.Hüseynov da əsasən eyni arqumentlərdən çıxış ediblər. Yerli vətəndaş cəmiyyətinin nümayəndələri olan ekspertlər də mərkəzi icra hakimiyyəti qurumlarının regional və yerli strukturlarının qanunvericiliyə əsasən informasiya sahibi hesab olunfuğunu deyiblər. Bununla belə onlar qeyd ediblər ki, təcrübədə onların ən çox üzləşdikləri problemlərdən biri də məhz bununla bağlıdır: “mərkəzi icra hakimiyyəti qurumlarının regional və yerli strukturları özlərini informasiya sahibi hesab etmir, informasiya sahibi kimi məhz mərkəzi qurumların çıxış etdiklərini iddia edir və sorğuları yuxarı qurumlara ünvanlandırmağımızı tövsiyə edirlər”.
“Konkret bölgədə ictimai əhəmiyyətli bütün informasiyaya əlçatanlığın təmin edilməsi öhdəliyi Yerli İcra Hakimiyyəti başçının üzərindədir yoxsa sahə təşkilatları buna məsuliyyətlidirmi?” sualına ekspertlərin cavabını əsasən belə ümumiləşdirmək olar: “hər qurum özündə olan informasiyaların təqdim edilməsində məsuldur” (Ə.Məmmədli). Yerli ekspert R.Zeynalov qeyd edib ki, “bu məsələ demək olar ki, tələb olunan məlumatın mahiyyətindən, xarakter və formasından asılı olaraq dəyişir, lakin əksər hallarda ən xırda informasiyalar üçün belə Prezident Administrasiyası ilə əlaqə saxlanılır, yalnız oradan icazə verildikdən sonra informasiyanı verirlər”.
“Mərkəzi icra qurumlarının saytlarında onların regional və ya yerli strukturlarının subsəhifələrinin yaradılmasını yoxsa bu strukturların özlərinin ayrıca saytlarının olmasını daha məqsədəuyğun hesab edərdiniz?” sualına cavablarda ekspertlərin əksəriyyəti hər bir qurumun vahid saytının (elektron resurs-bazasının) olmasını və həmin saytda bütün regional və ya yerli idarələrin də xüsusi səhifələrinin (yaxud bölmələrinin) yaradılmasının daha məqsədəuyğun ola biləcəyini vurğuladılar. Ekspertlərdən H.Həsənov, R.Zeynalov və E.Məmmədov regional və yerli idarələrin ayrıca saytlarının yaradılmasını vacib hesab ediblər. Onların fikrincə, bu halda bu qurumların informasiya məsuliyyəti daha aydın görünər.
Ekspertlərə ünvanlanan növbətu sual dövlət orqanları və ictimai qurumların ictimai informasiyanı açıqlığının təmin edilməsi sahəsində müvafiq strategiya və tənzimləyici sənədlərə malik olub-olmamaları barədə idi. Ekspertlərdən soruşuldu ki, hansısa qurumda bu məsələləri tnzimləyən strategiya və başqa tənzimləyici bir sənədin olması haqqında məlumatınız varmı? Eyni zamanda maraqlandıq ki, belə sənədlərin yalnız mərkəzi qurumlar səviyyəsində olmasını ekspertlər yetərli hesab edirlər yoxsa onlar regional/yerli idarələrin də oxşar sənədlərə malik olmalarını vacib hesab edirlər. Ekspertlərin hamısı hansısa dövlət qurumunun ictimai informasiyanın açıqlanması ilə bağlı məxsusi strategiyaya yaxud başqa cür tənzimləyici sənədə malik olması barədə məlumatlarının olmadığını bildirdilər. Sualın ikinci hissəsi ilə bağlı Bakıdan olan ekspertlərlə yerli ekspertlər arasında fikir ayrılığı müşahidə edilib: Bakıdan olan ekspertlərin hamısı hesab edirlər ki, belə sənədlərin mərkəzi qurumlar səviyyəsində olması zəruri və yetərlidir, regional/yerli qurumlar da həmin sənədlər əsasında fəaliyyətlərini qurmalıdırlar. Ə.Məmmədli qeyd edib ki, bütün dövlət qurumları üçün ictimai informasiyanın açıqlığının təmin edilməsi sahəsində vahid standart işlənilməli və bütün qurumlar həmin standarta uyğun özlərinin spesifik strategiyalarını hazırlamalıdırlar. Onun fikrincə, bələdiyyələr fərqli qurumlar olduğundan onların fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin icrası üçün standartlar fərqli olmalı və ayrıca işlənilməlidir. Ə.Nuriyev hesab edir ki, mərkəzi icra hakmiyyəti orqanalrı səviyysəidnə bu sahə üzrə xüsusi Bələdçilər və Təlimatalr hazırlanmalıdır.
Yerli ekspertlər isə hesab edirlər ki, mərkəzi qurumlarla yanaşı onların regional və yerli idarələrinin hər biri ayrıca özünün belə tənzimləyici sənədlərinə malik olmalıdırlar.
Ekspertlərə ünvanladığımız növbəti sual informasiyaya məsul şəxslə bağlı olub. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, hər bir ictimai informasiya sahibi informasiyaya məsul şəxs və ya qurumu müəyyənləşdirməlidir. Ekspertlərdən soruşduq ki, “Yerlərdə ictimai informasiya sahibi olan qurumlarda belə məsul şəxslərin təyin edilməsi ilə bağlı hər hansı məlumatınız varmı? Əgər belə təcrübələr mövcuddursa, onlarla hər hansı formada kontaktınız olubmu? Sizcə, onlar nə dərəcədə səmərəli işləyirlər?” Ekspertlər bildirdilər ki, belə məsul şəxslər yaxud məsul qurumlar - ictimaiyyətlə əlaqələr şöbəsi, mətbuat xidməti və s. formalarda - əsasən mərkəzi icra hakimiyyətləri və dövlət şirkətlərinin mərkəzi (baş) ofisləri səviyyəsində olur. Onlar mərkəzi qurumların regional/yerli idarələri səviyyəsində belə məsul şəxslərin təyin edilməsi ilə bağlı hər-hansı bir təcrübə ilə rastlaşmadıqlarını qeyd ediblər. Ekspertlər bunu da vurğulayıblar ki, rayon (şəhər) icra hakimiyyətiləri səviyyəsində ictimai informasiya ilə bağlı işlər ictimai-siyasi və humanitar məsələlər şöbəsinə həvalə olunur. Yerli ekspertlər bəzi bələdiyyələrdə bu işin qeyri-formal olaraq bələdiyyə üzvlərindən birinə həvalə edilməsi halları ilə rastlaşdıqlarını qeyd ediblər.
“Sizcə, hər bir qurumun spesifik funksiyalarına uyğun olaraq açıqlamalı olduqları ictimai əhəmiyyətli informasiyanın dəqiq siyahısının olmasına ehtiyac varmı?” sualına ekspertlərin yeddisi “var” cavabını verib. Onlaırn fikrincə, belə bir siyahının olması orada olan informasiyaların açıqlanmasına müvafiq qurumların məsuliyyətlini artıra bilər. Ə.Məmmədli “ola bilər” cavabını verib. Bu suala cavabında Ə,Nuriyev bildirib ki, “belə informasiyaların siyahısı İnformasiya əldə etmək haqqında qanunda əksini tapıb. zəruri əlavə və dəyişikliklər etməklə həmin siyahını təkmilləşdirmək daha məqsədəuyğun olardı”. H.Həsənovun fikrincə, “açıqlanmalı informasiyaların dəqiq siyahısını yox, kateqoriyalar üzrə dairəsini müəyyən etmək daha məqsədəuyğun olardı. Dəqiq siyahı bəzi ictimai əhəmiyyətli informasiyaların dairəsini məhdudlaşdıra bilər”.
Rayon (şəhər) icra hakimiyyətlərinin mövcud saytları ilə bağlı ekspertlərin münasibətlərini öyrənmək üçün onlara bu istiqamətdə bir neçə sual ünvanladıq.
“Hansısa Rayon İcra Hakimiyyətinin saytını izləmək imkanınız olubmu? İzlədiyiniz saytların məzmununu və keyfiyyətini ictimai informasiyaya əlçatanlığın təmin edilməsi baxımından necə qiymətləndirərsiniz?” sualına cavabında Ə.Məmmədli vurğuladı ki, “rayon (şəhər) icra hakimiyyətlərinin hamısının saytları 2012-ci ildə vahid nümunədə yığılıb və sadəcə şablondan ibarətdir. Bütün ölkə üzrə 3-4 rayon icra hakimiyyəti istisna olmaqla qalan bütün saytlarda ictimaiyyət üçün maraq doğura biləcək informasiyalar olmur”. Oxşar fikirləri demək olar bütün ekspertlər səsləndiriblər. Onların hamısı belə bir fikirdədirlər ki, bu saytların demək olar hamısı şablon xarakterdədir, onların informasiya məzmunu son dərəcə məhdud və keyfiyyətsizdir.
“Elə informasiya olubmu ki, siz həmin saytlarda axtarmısınız, informasiya orada olmalıdır, amma tapmamısınız?” sualına ekspertlərin hamısı “belə hallar çox olub” kimi cavab veriblər. Ekspertlər rayon (şəhər) icra hakimiyyətlərinin büdcə xərcləri, büdcədənkənar gəlirləri və onların istifadəsi istiqamətləri, dövlət büdcəsindən müxtəlif proqramlar çərçivəsində rayona ayrılan vəsaitlərin necə xərclənməsi, rayon icra hakimiyyətinin tenderləri və satınalmalarla bağlı məlumatları, icra hakimiyyətinin maddi-texniki təminatı, rayonda (şəhərdə) sağlamlıq imkanlı məhdud şəxslərin təhsili, sayı, məşğulluğu və s. kimi açıqlanmalı olan ictimai informasiyaları bu saytlardan heç vaxt tapa bilmədiklərini vurğulayıblar.
“Rayon İcra Hakimiyyətlərin və mərkəzi hakimiyyət orqanlarının saytlarında sizə lazım olan məlumatlar olmadıqda həmin məlumatları əldə etmək üçün adıçəkilən qurumlara müraciət etmisinizmi? Etmisinizsə, bu hansı formada baş tutub və müraciətin nəticəsi necə olub?” sualına bütün ekspertlər müvafiq qurumlara informasiya sorğuları ilə müraciət etdklərini bildiriblər. Vəziyyətdən və informasiyanın xarakterindən asılı olaraq informasuya sorğuları yazılı yaxud şifahi (telefon zəngi) formada olduğunu qeyd edən ekspertlər bəzi hallarda sorğuların tam yaxud qismən cavablandırıldığını bildiriblər. Ekspertlər xüsusi olaraq vurğulayıblar ki, hətta cavablaırn verildiyi əksər hallarda belə həmin cavablar qanunvericilikdə nəzərdə tutulduğu müddətləri dəfələrlə aşıb, yəni çox gec cavablandırılıb. Bununla yanaşı, demək olar bütün ekspertlər qeyd ediblər ki, informasiya sorğularının ümumiyyətlə cavablandırılmadığı hallar daha çox olur. Yerli ekspertlər bəzi hallarda şəxsi əlaqə və münasibətlərdən yararlanaraq zərurət duyruqları ictimai informasiyaları əldə etdiklərini də qeyd ediblər.
Ekspertlərədn soruşulub ki, “Peşəkar yanaşma baxımından həmin saytlarda hansı dəyişikliklərin olmasını vacib və məqsədəuyğun hesab edirsiniz? İctimai informasiya mənbəyi kimi bu saytların rolunu necə artırmaq olar?” Bu suala ekspertlərin hamısının birmənalı olaraq verdikləri cavabı - “bu saytların hamısı yenidən qurulmalıdır” – kimi ümumiləşdirmək olar. Bununla yanaşı ekspertlər saytların məzmunu və dizaynı ilə bağlı da fikirlərini bildiriblər. Ə.Məmmədlinin fikrincə, bu saytlarda “həm onlayn xidmət bölməsi aktiv olmalı, həm elektron sorğu hissəsi qanunvericiliyə uyğun tərtib edilməli və işləməli, həm də “İnformasiyanın əldə edilməsi haqqında” qanunun 29-cu maddəsində sayılan başlıqlar öz əksini tapmalıdır”. Ə.Nuriyev bildirib ki, “bu saytlar üçün xüsusi tələblər olmalıdır. Konkret altbölmələr və onların strukturu yaradılmalıdır”. H.Həsənovun fikrincə, “bu saytlarda rüblük və illik hesabatların, həyata keçirilən layihələrin yerləşdirilməsi, vətəndaş dialoqu, verilən qərarlar, normativ aktların layihələri, elektron sorğular, Əsasnamələrinə uyğun fəaliyyət sahələri üzrə informasiyaların yerləşdirilməsi” məqsədəuyğundur. Yerli ekspertlərdən F.Nəbiyevin qeyd edib ki, “həmin saytların ilk növbədə dizaynı dəyişdirilməli, bölmələrin sayı atrırılmalı, izləyiciyə məlumatı rahat görmək imkanı təmin edilməlidir”. Ü.Babasoy vurğulayıb ki, “saytlarda sadəcə icra başçısının görüşləri və tədbirlər haqqında məlumatlara yox, rayonun sosial-iqtisadi problemləri, bunların aradan qaldırılması üçün atılan və atılacaq addımlar, ayrılacaq vəsaitlər və s. kimi məlumatlara geniş yer verilsin”.
“Sizin fikrinizcə. hökumət qurumlarının, bütün mərkəzi dövlət orqanlarının, habelə kommunal xidmət qurumlarının dövrü hesabatlarında bölgələr və rayonlar üzrə konkret məlumatlar olmalıdırmı?” sualına ekspertlərin hamısı “mütləq olmalıdır” cavabını veriblər. Yerli vətəndaş cəmiyyətinin təmsilçisi olan ekspertlər vurğulayıblar ki, belə məlumatların mərkəzi qurumların hesabatlarında əks olunması yerlərdə həmin informasiyanın axtarılması ilə bağlı ictimaiyyətin üzləşdiyi çətinlikləri aradan qaldırmağın ən yaxşı yollarından biri ola bilər. Ü.Babasoy hesab edir ki, mərkəzi qurumların hesabatlarında hər bir rayon (şəhər) üzrə olan məlumatların həm də müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin saytlaırnda yerləşdirilməsi yaxud bu saytlarda onlara birbaşa çıxış linklərinin qoyulması yerlərdə ictimai informasiyaya çıxış imkanlarını artıra bilər.
Müsahibənin sonunda ekspertlərə belə bir sual ünvanlanıb: “Yerlərdə açıq informasiyanın emal edilib vətəndaşlara (maraq qruplarına) çatdırılması sahəsində vətəndaş cəmiyyətinin işini necə qiymətləndirirsiniz? Bu sahədə hansı problemləri görürsünüz və həlli yollarını necə təklfi edərsiniz?” Bu suala cavbında ekspertlər 2014-cü ildə QHT qanunvericiliyində edilən dəyişikliklərdən və ölkədə fəaliyyət göstərən beynəlxalq donor təşkilatlar ölkədən çıxarıldıqdan sonra bütün ölkədə, o cümlədən bölgələrdə və yerlərdə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ciddi çətinliklərin yarandığını, bir çox qeyri-hökumət təşkilatlarının fəaliyyətini tam və ya qismən dayandırdıqlarını vurğulayıblar. Onlar hesab edirlər ki, bu, yerlərdə yenicə formalaşmaqda olan müstəqil vətəndaş cəmiyyəti strukturlarının güclənməsinin qarşısını aldı. Məsələn, Ə.Məmmədlinin fikrincə, “son illər artıq vətəndaş cəmiyyəti qurumları yoxdur, ayrı-ayrı fədakar şəxslər, fəallar var”. Bununla yanaşı ekspertlər bölgələrdə və yerlərdə açıq ictimai informasiyaları toplamaq, emal etmək və ayrı-ayrı maraq qruplarına çatdırmaq sahəsində bilik və bacarıqları olan ekspertlərin və mütəxəssislərin çox az olmasını, yerli vətəndaş cəmiyyəti qurumlarının bu sahələrdə həm bilik və bacarıqlarının, həm də zğruri resurslarının olmamasını xüsusilə vurğulayıblar. Ə.Nuriyevin fikrincə, buna “hətta vətəndaş cəmiyyətinin motivasiyası da yoxudr”.
Yerli vətəndaş cəmiyyətinin təmsilçisi olan ekspertlər də hesab edirlər ki, hazırda yerli vətəndaş cəmiyyətinin həm özü çox zəifdir, həm də bu zəif qurumların qeyd edilən sahələrdə fəaliyyət göstərməsi imkanları “həm zəif, həm də məhduddur”. F.Nəbiyev qeyd edib ki, “icra hakimiyyətləri və bələdiyyələr yerlərdə vətəndaş cəmiyyətinin formalaşmasında və inkişaf etməsində maraqlı görünmürlər, bu qurumlaırn yanında yaradılan ictimai şuralar sadəcə həmin qurumların rəhbərlərinin iradəsi əsasında formalaşıb. Həmin şuralara nüfuzu, qabiliyyəti olan müstəqil şəxslərin bu şuralara seçilməsinə imkan verilmir”.
Ekspertlər hesab edirlər ki, bu sahədə mövcud problemlərin həlli üçün, ilk növbədə, ölkənin QHT qanunvericiliyi təkmilləşdirilməli, vətəndaş cəmiyyəti qurumlarının yaranması və onların fəaliyyəti üçün mühit yenilənməli (ən azı 2014-cü ildən əvvəlki vəziyyət bərpa edilməli), beynəlxalq donor təşkilatların ölkəmizdə fəaliyyətinə imkanlar yaradılmalı, yerlərdə QHT-lərin yaradılması və onların qrantalma prosedurları asanlaşdırılmalıdır. Yerli icra hakimiyyətlərinin vətəndaş cəmiyyəti üzərində nəzarəti aradan qaldırılmalıdır. Bununla yanaşı, ekspertlərin fikrincə, yerli vətəndaş cəmiyyətlərinin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin (təlim, təcrübə mübadiləsi proqramları və s.) genişləndirilməsi, onlaırn resurs potensialının gücləndirilməsi, dövlət qurumları ilə yerli vətəndaş cəmiyyəti təşkilatlaır və nümayəndələri arasında davamlı əməkdaşlıq və dialoq imkanlarının yaradılması vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45