“Yelo Bank” zərərdən çıxmağın yeni yolunu axtarır


“Yelo Bank”ın hələ “Nikoil Bank” olduğu dövrdən banka sədrlik edən Nikoloz Şurqaianın təyin olunduğu gündən bankı zərərə uğratması nəticəsində bank gürcü sədrlə yollarını ayırdı. Uzun illərdir zərərdə olan bank çıxış yolunu isə “Access Bank”ın idarə heyyətinin sədri Anar Həsənovu “Yelo Bank”ın idarə heyyətinə sədr təyin etməsində görüb. Azərbaycanın ən güclü bankirlərindən biri olan Anar Həsənovun hazırkı vəziyyətdə 23 mln. 192 min manatlıq zərəri olan “Yelo Bank”a təyin olunmasını bankın son həmləsi kimi də adlandırmaq olar.



Atalar "Dənizə düşən ilana sarılar" deyiblər. Amma "Yelo Bank" bu maliyyə dənizində ilana sarılsa da, üzmək istəsə də batır. Belə ki, son dövrlərdə ölkəmizdə baş verən haqq müharibəsi zamanı sözügedən bank həm Azərbaycan torpaqlarına (Qarabağa), həm də müharibədə iştirak edən əsgərimizə qarşı doğru sayılmayacaq addımlar atdı. Başa düşmək olar ki, bu müharibədə hər kəs iştirakçı idi. Həm əsgərlər, həm siyasi qüvvələr, həm jurnalistlər, maliyyə qurumları, QHT-lər və ən əsası da xalq. Təbii olaraq hər kəs öz mövqeyini açıq ortaya qoydu və bu dönəmdə "Yelo Bank" Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonları öz rəsmi saytında erməni dilində təqdim etdi, müharibədə olan əsgəri məhkəməyə verdi və s.

Uzun müddətdir müştəri itirən və 4 ilə yaxındır zərərdə olan "Yelo Bank"ın 2021 –ci ildən günəşli havaya çıxacağı güman edilsə də, bu ehtimalın ilin 4-cü rübündə baş tutacağı gözlənilmir. Belə ki, bankın açıqladığı 3-cü rüb hesabatına görə, banklara tətbiq edilən 50 mln. manatlıq məcmu kapital limitini cüzi ötə bilib. Bank 54 mln. 494 min manatlıq məcmu kapitalını bu ilin 4-cü rübündə də azaltmasa, lisenziyasını qoruyacaq və fəaliyyətinə davam etdirəcək.

Xatırladaq ki, "Yelo Bank" cari ilin 3-cü rübünü 23 mln. 192 min manat xalis zərər, 13 mln. manatlıq azalan məcmu kapital və 158 min manatlıq əməliyyat zərəriylə başa vurub.

Mənbə:Kommersant.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu