İqtisadçı alim Rusiya bankları ilə bağlı hüquqi və fiziki şəxslərə ehtiyatlı olmağı məsləhət gördü


2019-cu ilə olan məlumata görə, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir.


AFN.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Ekspert qeyd edib ki, həmin tarixə Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub:"

Azərbaycanın Rusiyada sərmayələri ciddi risk altındadır, eyni zamanda Rusiyanın Azərbaycandakı şirkətləri də çətinliklər qarşısındadır. Odur ki, xüsusilə də rus kapitallı bankların müştəriləri olan hüquqi və fiziki şəxsləri, eləcə də orda çalışanları bu arada ehtiyatlı olmağa çağırıram.

Azərbaycanda Bank VTB (Azərbaycan) ASC rusiya kapitallı bank sayılır, Bildiyiniz kimi bu bank birbaşa sanksiya altındadır, əsasən rus şirkətləri ilə işləyir, vaxtı keçmiş borclar problemi vardır.

Xalq arasnda rus bankı kimi tanınan digər bir bank Yelo Bank ASC VTB-dən fərqli olaraq da yerli bank olsa da, Vagit Ələkbərovun vəsaiti ilə yaradılıb".

O, qeyd edib ki, Forbes Lukoylun səhmlərinin ucuzlaşmasına görə, Vagit Ələkbərov son günlər 13 milyard dollar itkiyə məruz qaldığı barədə yazıb:

"1 yanvar 2022-ci il tarixinə, Bank VTB-nin 206,2 milyon manat aktivləri, 88,8 milyon manat depozitləri, Yelo Bank ASC-nin 469 milyon manat aktivləri, 464,9 milyon manat depoziti vadır. Ötən ili VTB bank 3,9 milyon manat, Yelo Bank isə 11,3 milyon manat xalis mənfəətlə başa vursa da bu ildən xüsusilə də Rusiya ilə əlaqəli bankların SWIFT-lə bağlı aşkar görsənən riskləri mövcuddur. Odur ki, VTB bankın müştərilərinə riskləri nəzərə alıb davranmağı məsləhət görürəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu