Avropa İttifaqı Rusiyanın üç bankına sanksiya tətbiq etdi


Avropa İttifaqı Rusiyanın Alfa Bank , Rosbank və Tinkoff Bankına qarşı sanksiyalar tətbiq edib.


AFN.az xəbər verir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının onuncu paketinin bir hissəsi olaraq "Rusiya bankı - Tinkoff", "Alfa-bank" və "Rosbank" məhdudiyyətlərə məruz qalıb. Bu barədə Avropa İttifaqının rəsmi jurnalında məlumat verilib.
Avropa İttifaqının sanksiyaları bankların Avropa aktivlərinin dondurulmasını, bu kredit təşkilatları ilə əməliyyatların qadağan edilməsini, həmçinin bu bankların SWIFT sistemindən çıxarılmasını nəzərdə tutur.
"Tinkoff" son vaxtlara qədər Qərbin sanksiyaları altında olmayan yeganə Rusiya bankı olaraq qalırdı. İstisna Avropa bank qruplarının - "Raiffeisen" və "UniCredit"-in törəməsidir.
Hələ Avropa sanksiyalarının tətbiqindən əvvəl "Rosbank" və "Alfa-bank" ABŞ-ın "qara siyahı"sında idi.
"Alfa Bank"ın özündən başqa, onun Kiprdəki törəmə şirkətləri də sanksiyaya məruz qalıb . Söhbət "Alfa Capital Markets LTD", Hollandiyada fəaliyyət göstərən "Amsterdam Trade Bank NV" və Lüksemburqda yerləşən "ABH Holdings" maliyyə şirkətlərindən gedir.
"Forbes" jurnalının bank dairələrindən əldə etdiyi məlumata görə, "Alfa-Bank"ın Avropa biznesi artıq Amerika sanksiyalarından əhəmiyyətli dərəcədə təsirə məruz qalıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu