Rusiyanın "Alfa Bank"ına sanksiya tətbiq ediləcək
Rusiyaya qarşı sanksiyalar genişlənir.
AFN.az xəbər verir ki, Avropa İttifaqı (AI) yeni sanksiyalar paketi elan edib. Siyahıya Rusiyanın 4 bankı, o cümlədən “Alfa Bank” daxil edilib. TASS-ın xəbərinə görə, bu barədə diplomatik mənbələr bildirib. Qeyd edilib ki, yeni sanksiyalar zərfinə 130 fiziki və hüquqi şəxs, o cümlədən dövlət məmurları və jurnalistlər də daxil ediləcək.