Bank sektoru böhranda: 924 nəfər işsiz qalıb


"10 ay ərzində 924 bank işçisi işini itirib".



Bunu iqtisadçı ekspert Samir Əliyev 10 ay ərzində Azərbaycanda bank sektorunda baş verən problemlərdən danışarkən deyib. Ekspert 2020-ci ilin yanvar-oktayr ayları ərzində bank sektorunda aşağdakıların baş verdiyini vurğulayıb:

- 4 bank bağlanıb. Bankların sayı azalaraq 30-dan 26-ya düşüb. Bağlanan bankların 2-si xarici, 2-si də yerli kapitallı banklardır.

- Bank filiallarının sayı 509-dan 444-ə, şöbələrinin sayı isə 133-dən 116-ya düşüb.

- 924 bank işçisi işini itirib. Bank işçilərinin sayı 19460-dan 18536-ya enib.

- Bankların aktivləri AZN 32,7 milyarddan AZN 30,7 milyarda qədər azaldı. Səbəb əsasən 4 bankın bağlamasıdır.

- Kredit qoyuluşu 3,2% azalıb. Bankların müştərilərə verdikləri kreditlərin həcmi AZN 15,2 milyarddan AZN 14,7 milyarda qədər azalıb. Kredit resurslarının cəmi aktivlərdə payı 46,5%-dən 48%-ə yüksəlib.

- Bankların qiymətli kağızlara yatırımları AZN 3,3 milyarddan AZN 4,3 milyarda yüksəlib.

- Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün AZN 1,5 milyardlıq məqsədli ehtiyatlar cəmisi 182 milyon AZN azalıb. - Ümumi depozit qoyuluşu 8,7% azalıb. Bankların depozitlərdən asılılığı azalıb. Cəlb edilən resurslarda depozitlərin payı 80%-dən 78,7%-ə düşüb.

- Xalis mənfəət azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət AZN 572,9 milyondan AZN 478 milyona qədər azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu