Şəhid ailələri və qazilərə veriləcək təqaüd məbləği sabit olmamalıdır ŞƏRH


"Açıqlanan məbləğlər ilkin gözləntilərə tam cavab vermir”.



Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərdən danışarkən deyib. Ekspert hesab edir ki, göstərilən məbləğ sabit olmamalıdır:"Bugünkü hərbi qələbənin sevincini yaşamağa görə qəhrəman qazilərimizə, zabitlərimizə, şəhidlərimizə borcluyuq. Hamı istəyərdi ki, onlar daha çox vəsaitlə təmin olunsun və bu da onların sosial problemlərin həllində rol oynasın. Gözləntilər bundan daha yüksək idi. Amma ən azından bu məbləğlərin elan olunmasından sonra əlavə bir bənd də salınmalıdır. Ən azından hər il bu indeksləşsin. Yəni, sabit məbləğ olmamalıdır. Real inflyasiyaya görə, hər il bunun indeksləşdirilməsi aparılmalıdır. İl ərzində qiymət artımı nə qədərdirsə, gələn il bir o qədər indeksləşib artmalıdır”.

Natiq Cəfərli hesab edir ki, buna indeksləşmə şamil olunsa, gələcəkdə müəyyən qədər inflyasiyanın vurduğu ziyanı aradan qaldırmaq üçün müəyyən addımlar atıla bilər:

"Azərbaycanın istisadi gücü artdıqca bu məbləğlərin də artması məsələsinə baxılmalıdır. Düşünürəm ki, hökümət bu məsələdə daha çevik davranmalıdır. Həm indeksləşmə ilə məsələ həll olunmalı, həm də imkanlar genişləndikcə bu məbləğin artırılması ilə bağlı bir öhdəlik də hökumət tərəfindən görürülsə, daha məntiqli olar”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb. Məlumatda bildirilir ki, şəhid ailəsinə 300 manat, eyni zamanda, müharibə zamanı əlilliyi olan şəxslər I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu