"Mənzil satıram ki, mənzil alım" yanaşması ancaq bizim hökumətdə ola bilər - EKSPERT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzilləri satışa çıxarıb.


AFN.az xəbər verir ki, bu gün paytaxtın Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı məcburi köçkünlər üçün yeni yaşayış binalarında olan mənzillər satışa çıxarılıb. Satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib. Müştərilər 10 günə ödəniş edib mənzili rəsmiləşdirə bilərlər.
ƏƏSMN bildirir ki, satışdan əldə olunan vəsaitə Şəhid və Qazi ailələri mənzillə təmin ediləcəklər. İqtisadçı ekspert Natiq Cəfərli bu tədbiri tənqid edib. Bildirib ki, bu, məntiqsiz qərardır: "Mənzil satıram ki, mənzil alım yanaşması ancaq bizim hökumətdə ola bilər. Şəhid və Qazi ailələri mütləq mənzillə təmin edilməlidir - 1662 yeni tikilmiş və təmir edilmiş mənzil var, Nazirlik bu mənzilləri həmin ailələrə niyə təklif etmir?! Axı bu daha yaxşı çıxış yoludur! Amma yox, məmurlar məcburi köçkünlərə mənzil tikəndə qazandıqları kimi, indi camaata satanda da qazanmaq istəyirlər, sonra Şəhid və Qazi ailələri üçün tikinti şirkətlərindən mənzil alanda da qazanacaqlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu