Ermənilər Kəlbəcərin yeraltı sərvətindən 55 milyon qazandı


Ermənilər Kəlbəcərin yeraltı sərvətindən 55 milyon qazandı


Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz "maliyyə qurumu” 2019-cu ilin yanvar-sentyabr aylarında 300 ən böyük vergi ödəyicisini müəyyən edib.



AFN Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, həmin ödəyicilər Azərbaycan torpaqlarının yeraltı-yerüstü sərvətləri hesabına separatçı rejim büdcəsinə ümumilikdə 34 milyard 72 milyon 600 min dram (təxm. 122 miilyon AZN) ödəyiblər. Ən böyük 3 vergi ödəyicisi isə "Base metals” şirkəti, "Artsaxbank” və "Karabaxtelekom” qanunsuz mobil operatorudur.

Əsasən Azərbaycanın Kəlbəcər rayonu ərazisində (Heyvalı, Mehmana və s. kəndləri) qızıl, mis, molibden və s. qiymətli metal yataqlarının qanunsuz istismarıyla məşğul olan "Base metals” şirkəti isə vergi ödənilməsinə görə 1-ci yerdədir. Həmin qanunsuz qurum separatçı rejim büdcəsinə 15 milyard 369 milyon 500 min dram(təxm. 55 milyon AZN) ödəyib...

Bu, hələ Qarabağ, o cümlədən Kəlbəcər ərazisində fəaliyyət göstərən yalnız bir dağ-mədən şirkətinin ödədiyidir...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu