“Moskva görüşündəki bəzi mövzular ictimaiyyətə çatdırılmayıb" – eks nazir


"Ermənistanın əsas məqsədi status məsələsinin müzakirə olunmasıdır".



Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 3 ölkə -Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin Moskvada keçirilən görüşünün nəticələrini şərh edərkən deyb. Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə addımlar atmaqdadır: "Biz bilirik ki, Azərbaycanın marağında olan əsas məsələlərdən biri Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasıdır. Bu əsasdır. İkinci məsələ ondan ibarətdir ki, 64 terrorçunun qayıtması məsələsi həll olunmayıb. Nəyə görə bu məsələ vacibdir? Bildiyimiz kimi, Azərbaycan bu insanları hərbi əsir kimi qəbul etmir. Ona görə ki, Ermənistan və sülhməramlılar bu müddət ərzində o ərazilərdən Ermənistan hərbiçilərinin çıxarılmasını təmin etməliydi. Amma bu baş veməyib".

Tofiq Zülfüqarov hesab edir ki, bu mövzular da orada müzakirə olunub: "Sadəcə bəzi mövzular ictimaiyyətə çatdırılmayıb".

Qeyd edək ki, yanvarın 11-də Moskvada 3 ölkə - Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin arasında görüş keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu