BMT TŞ-nin bugünkü Qarabağ toplantısından nə gözləmək olar? - RƏYLƏR


"Bu, qapalı iclas olduğuna görə, orada fikir mübadiləsindən kənara çıxan nəsə gözləmirəm”.




Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Eldar Namazov BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı bu gün keçirlməsi nəzərdə tutulan iclasdan danışarkən deyib. Politoloq qapalı iclaslarda ciddi sənədlərin qəbul olunmadığını bildirib:


"Ola bilsin, Baş katibin adından onun nümayəndəsi yeni bir bəyanat versin. Ancaq qapalı müzakirələr ciddi sənədlərin qəbul olunması ilə bitmir”.

Politoloq Hikmət Hacızadə də sözügedən iclasla bağlı ciddi qərarların verilməyəcəyini hesab edir:

"Şülhə çağırışlar, atəşin durdurulması və danışıqlara qayıdılması və s. kimi fikirlər olacaq. Azərbaycana nə bir təpki, nə də Ermənistana Qarabağdan çıx, deyə hər hansı bir qərarlar olacaq”.


Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurası Qarabağda yaranmış vəziyyətlə bağlı iclas keçirəcək. İclas ABŞ, Rusiya və Fransanın təklifi ilə çağırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu