Afrikada koronavirusa yoluxanların sayı 240 mini ötdü


 Afrikada koronavirusa yoluxanların sayı 240 mini ötdü


Afrikada koronavirusa yoluxma faktlarının sayı 240 295-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının bölgə üzrə nümayəndəliyi yayıb.

Məlumata görə, qitədə COVID-19-dan ölənlərin sayı 6 412 nəfərə çatıb.

Bildirilib ki, virusun Afrikada ortaya çıxmasından bəri 110 mindən çox pasiyent sağalıb.

Qara qitədə ən çox yoluxma faktları CAR (70 038), Misir (42 980) və Nigeriyada (16 085) aşkarlanıb. Ən çox ölüm halları isə Misir (1 484), CAR (1 480) və Əlcəzairdə (767) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu