Abşeron göllərində ekoloji vəziyyət o qədər də yaxşı deyil – ETSN-in şöbə müdiri


Bu günlərdə ölkə başçısı "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında " 26 dekabr 2013-cü il fərmanında və "Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında" 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib. Dövlət başçısının imzaladığı yeni fərmana əsasən , adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Hazırda adıçəkilən göllər hansı vəziyyətdədir və bu istiqamətdə nə kimi işlər görüləcək?



Mövzu ilə bağlı AFN-in suallarınaı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə cavab verdi: "Ümumiyyətlə, Abşeronun göllərində çoxillik müşahidələr göstərir ki, ekoloji vəziyyəti o qədər də yaxşı deyil. Abşeronda yüzlərlə göl və gölməçələr var və oranın iqlim şəraiti, su balansı, əhalinin sıx yaşadığı ərazilərin ekoloji şəraitinə ciddi təsir göstərirdi. O cümlədən antropogen təsirlər nəticəsində Böyükşor gölü əsasən yeraltı və yağış suları ilə qidalanır. Təəssüf ki, küllü miqdarda təmizlənməmiş tullantı suları müxtəlif mənbələrdən oraya daxil olur. Zığ gölünə gəldikdə isə həm təsərrüfat və məişət tullantı, həm də lay suları ilə çirklənib. Ona görə də bu göllərin ekoloji vəziyyətinin bərpası üçün ölkə başçısı tərəfindən müvafiq sənədlər imzalanmışdı və bu günə kimi İqtisadiyyat Nazirliyi tərəfindən həmin işlər kordina edilirdi, Hazırda həmin məsələlər ETSN-ə tapşırılıb". Bu sahədə indiyədək görülən işlərə gəldikdə isə şöbə müdirinin sözlərinə görə, Böyükşor gölünün şimal hissəsində birinci fazada müəyyən işlər görülüb, gölün o hissəsi təmizlənib, o cümlədən həmin ərazilərdə bulvar salınıb, Olimpiya stadionu tikilib: "Müsbət dəyişikliklər var və bu istiqamətdə işlər yenə davam etdirilir. O cümlədən, Zığ gölü üzrə müəyyən işlər gedir. Hazırda sadəcə olaraq sənədlərə baxacağıq, layihələri toplayıb nazirliyə verilməsi nəzərdə tutulur. Sənədlər analiz olunacaq və sonra müəyyən təkliflərlə çıxış edəcəyik".
R.Səttarzadə bildirdi ki, göllərin, göl ətrafının, ekoloji vəziyyətinin bərpası, suyunun, dibinin reablitasiyası nəzərdə tutulur: "Suyun keyfiyyətindən asılı olaraq burada müəyyən işlər görmək olar. Dünyanın elə çirkli gölləri var ki, orada balıq tuturlar, bu o demək deyil ki, o balığı yemək lazımdır. Canlılar su keyfiyyətinin imkan verdiyi istənilən hövzələrdə yaşaya bilər. O cümlədən də burada bərpa işləri qurtardıqdan sonra gələcək istifadə istiqamətləri müəyyənləşdiriləcək. Bu istiqamətdə ümumiyyətlə, gələcək addımlar planlaşdırılıb, sənədlərin qəbul edilməsi, onların analiz edilməsi və onların əsasında işlərin davam etdirilməsi nəzərdə tutulur".
Abşeron yarımadasında yüzlərlə göl və gölməçə var və onların içində prioritet olaraq 9 gölün olduğunu deyən şöbə müdiri onu da qeyd etdi ki, həmin göllər üzrə ETSN səlahiyyətlərinə uyğun olaraq daimi monitorinq işlərini aparır: “Su, yer çöküntüləri üzərində, ətraf ərazilərin monitorinqinin nəticələri əsasında məlumatlar hazırlanır. Göllər əgər təmizdirsə, ətrafında mühafizə zonasından kənarda, şəhərsalma normalarına uyğun hər hansı tikili varsa və yaxud tikilirsə bu, ETSN-in səlahiyyətinə aid deyil.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu