Ermənistan parlamentini üç hissəyə böləcək seçkilər


Kornegi Fondu: “Köçəryanın hakimiyyətə gəlməsi nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması ilə bağlı problemlər yarada bilər”



Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkilərinin müharibədən sonra ölkənin həyatında yaranmış qeyri-müəyyənliyi aradan qaldıracağını söyləmək çətindir. Ancaq bu seçkilərin nəticəsi həm hakimiyyət, həm də müxalifətdəki qüvvələr üçün yenidən siyasi revanş götürmək imkanı yarada bilər. İlk növbədə, Nikol Paşinyan hökuməti növbədənkənar seçkilərə razılıq verməklə ölkədəki etiraz aksiyalarının qarşısını almış oldu. Paşinyanın istefasını tələb edən müxalifət bütün siyasi resurslarını bundan sonra seçki kampaniyasına yönəldəcək. Əgər Paşinyan seçkilərdə yenidən qalib gələrsə, bu ona hakimiyyətini möhkəmlətmək imkanı verəcək. Nəticədə, Paşinyan daxili və xarici siyasətdə daha legitim qərarlar qəbul etmək imkanı qazanacaq. Hətta eyni prosesi Dağlıq Qarabağ məsələsinə yanaşmada da müşahidə etmək olar. Məsələn, Paşinyan hazırda Ermənistan ordusunun Dağlıq Qarabağda qalan hissəsini oradan çıxartmaq barədə Azərbaycanın tələblərini yerinə yetirmir. Eyni tələbləri Paşinyanla görüşən əsgər valideynləri də irəli sürüb. Ancaq seçkilərdə qalib gələcəyi təqdirdə, Paşinyanın həmin hərbi birləşmələri Dağlıq Qarabağdan çıxaracağı ehtimal olunur. Mühafizəkar qüvvələrə rəhbərlik edən Robert Köçəryanın başı isə daha çox siyasi blok formalaşdırmağa qarışıb. Lakin eks-prezident Serj Sarkisyanın dəstəyini ala bilməməsi R.Köçəryana ciddi problem yaradıb. Hətta Sarkisyanla aralarında artmaqda olan narazılıq Köçəryanı seçkilərdə Qarabağ klanının favoritinə çevrilmək imkanından məhrum edir. Köçəryanı hələlik “Daşnaksütyun” Erməni Milli Federasiyası dəstəkləməyə qərar verib. Bu sırada adı çəkilən Artur Hazaryanın rəhbərlik etdiyi Vahid Ermənistan Partiyası isə hələ danışıqlar aparırı. Köçəryanın bundan başqa, sabiq baş nazir Ovik Abramyanın oğluna və öz prezidentliyi dövründə nazir işləmiş Andranik Manukyanın oğlu David Manukyana da namizədlər siyahısına daxil olmağı təklif etdiyi bildirilir.

Ümumilikdə, Ermənistan müxalifəti seçkilərə blok şəklində deyil, ayrılıqda getməyə üstünlük verir. Bu da hakim “Mənim addımım” blokunun qələbə şansını artırır. May ayının 1-də sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresinin qurultayı keçiriləcək. Həmin tədbirdə parlament seçkilərində iştirak qərarının çıxarılacağı gözlənilir. Parlamentdə müxalifəti təmsil edən Çiçəklənən Ermənistan Partiyası və Parlaq Ermənistan Partiyası da hər biri seçkilərdə ayrılıqda iştirak edəcək. Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan isə R.Köçəryana kənara çəkilməyi tövsiyə edib. Ancaq Moskvadakı Kornegi Mərkəzinin araşdırmalarına görə, bu seçkilər heç kim üçün asan olmayacaq. Çünki erməni seçicilər pis və daha da pis hesab etdikləri arasında seçim etməli olacaqlar. Son rəy sorğularına görə, seçicilərin 32 faizi hazırkı Baş nazir Nikol Paşinyanın “Mənim addımım” blokuna, 6 faizi isə onun əsas rəqibi və keçmiş prezident Robert Köçəryana səs verməyə hazırdır. Respondentlərin demək olar ki, yarısı ya qərarsız olub, ya da qəsdən kiməsə səs vermək istəmədiyini deyib. “Eyni zamanda, hazırda Ermənistan cəmiyyətinin əsas tələbi heç bir hərbi intiqam və ya rifahın artırılması deyil. Buna heç kim inanmır. İnsanlar ən əsas ehtiyaclarını təmin etmək, təhlükəsizliyin və əllərində qalanın qorunmasını istəyir. Əlavə olaraq, ölkələrinin başına gələnlər barədə dürüst danışılmasını istəyirlər. Sonuncu xarici manipulyasiya üçün geniş meydan açır. Bir çoxları erməni seçicilərinə “həqiqət” ehtimalını izah etmək və bununla da ölkənin gələcək siyasi mənzərəsinə təsir göstərmək istəyəcək. Hədəflərini dəqiq təsvir etmək asan olmayan Moskva da həmçinin. Üç hissəyə bölünmüş mürəkkəb koalisiyalı parlamentin qurulacağı istisna olunmur. Qərar qəbul edilərkən, səslər Paşinyanın, Köçəryanın və qalan hamının xeyrinə bölünəcək. Ermənistandakı seçki kampaniyasının qeyri-rəsmi başlanğıcı əsas siyasi rəqiblərin Rusiyaya səfəri oldu. Vladimir Putinin köhnə dostu, Ermənistanın ikinci prezidenti, “güclü ələ” üstünlük verən və Paşinyanı Navalnı ilə müqayisə edən Robert Köçəryan aprel ayının əvvəlində Moskvada idi. Baş nazir Nikol Paşinyan isə Rusiyaya bir neçə gün sonra səfər etdi. Onların hər ikisi Putinlə danışdı: hər ikisi də yaxşı bonus aldı. Köçəryan Vladimir Poznerə bir saatlıq müsahibə verdi. Bu da əslində seçki proqramının açıqlaması oldu. Paşinyan isə indiyə qədər yalnız 15 min doza olmaqla “Sputnik V” peyvəndinin ilk hissəsini Ermənistana gətirdi. Kremlin hər iki namizədlə münasibətindəki bu simmetriya, Moskvanın həddindən artıq Qərbyönümlü Paşinyandan bezdiyini, etibarlı və sübut edilmiş Köçəryanı səhnəyə qaytarmaq fürsətini gözlədiyinə dair populyar inamı yalana çıxarır. Rusiya öz iradəsini və namizədlərini müstəmləkələrə tətbiq edən metropol kimi fəaliyyət göstərməklə açıq şəkildə, xüsusi ehtiyac olmadan erməni cəmiyyətindəki nüfuzuna xələl gətirmək istəmir. Üstəlik, itirəcəyi bir şey var: Ermənistanda Moskva ilə əlaqələrin gücləndirilməsinin vacibliyi ilə 63 faiz, ABŞ və AB ilə isə yalnız 16 faiz və 5 faiz razılaşır. Başqa sözlə, Paşinyan hakimiyyətdə olduğu üç il ərzində Rusiyaya onun üçün rahat bir ortaq ola biləcəyini və çoxqütblü danışıqlardan bezmədiyini sübut etməyi bacardı. Bunu etmək o qədər də çətin olmadı: Putini dinləmək və onun üçün xoş olan mövzularda, məsələn, Böyük Vətən Müharibəsindəki ümumi qələbə haqqında daha çox danışmaqla.

Əlbəttə, Paşinyan da Moskvada Köçəryan kimi Poznerə verdiyi müsahibədə həm sağ, həm də sol oynamayacağına söz vermiş və Putinin dostu şöhrətinə dəyər verdiyini açıqlamışdı. Ancaq Ermənistanda köhnə elitaların qaytarılması bir çox adamlar üçün mümkün ssenarilərin ən pisidir. Ona görə də, çox güman ki, Rusiyada yeni başlayan kampaniyanın inkişafını izləyəcəklər və mümkünsə futbol meydançasında hakim rolunu oynayan birinə və ya digərinə kömək edəcəklər. Moskvanın təsir qolları çoxdur. Lakin bu, tam nəzarəti əldə etmək üçün kifayət deyil. Məsələn, Ermənistan seçiciləri üçün bütün məhkumların Azərbaycandan qayıtması kimi vacib məsələ (Azərbaycana görə, təxminən 60, Ermənistana görə - 200 nəfər) artıq Moskvadan birbaşa asılı deyil. Bakının bu məsələdəki mövqeyi Moskvaya nisbətən daha sərtdir. Azərbaycan rəhbərliyi üçün Köçəryan "terrorçu" və mənfur "Qarabağ klanı"nın rəhbəridir. Paşinyan isə kəskin şəkildə zəif siyasətçi kimi deyil, revanşistlərin, o cümlədən hərbiçilərin təcavüzlərindən qorunmalı olan Ermənistanın qanuni lideri kimi təqdim edilir. Ermənistandakı digər mühüm siyasi amil Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı missiyasıdır. Onlar fəliyyət göstərdiyi ilk aylarda həm Ermənistan, həm də Azərbaycan tərəfi arasında narazılığa səbəb oldu. Ermənilər sülhməramlıların faktiki olaraq, Qarabağa girişin Ermənistan tərəfdən idarə edilməsindən narazıdır. Onlar bir çox jurnalisti, QHT əməkdaşlarını və ictimai xadimləri müxtəlif bəhanələrlə oraya buraxmır. Digər tərəfdən, erməni seçicinin Moskvaya təşəkkür etdiyi bir şey var. Bakının narazılığına baxmayaraq, erməni hərbçiləri Qarabağda olmağa davam edirlər. Hakbuki, 9 noyabr razılığına görə onlar çoxdan oranı tərk etməli idilər. Rus sülhməramlıları, əlbəttə ki, bacara bilsələr də, bu detala əhəmiyyət vermirlər. Nəhayət, ermənilər nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması layihəsinə böyük qorxu ilə baxırlar. Bakı, ilk növbədə yalnız İran sərhədi boyunca keçən və Naxçıvana gedən dəmir yolu ilə maraqlandığını açıq şəkildə bildirir. Ancaq ermənilərin Azərbaycan-Türkiyə tranzitində pul qazanmaq üçün başqa bir yola ehtiyacı var: Qars (Türkiyə) - Gümrü - İcevan - Qazax (Azərbaycan), Rusiya ilə əlaqə yaratmaq. Bu məsələdə həm Paşinyanın, həm də Köçəryanın Moskvanı öz tərəfinə çəkmək və milli maraqları qorumaq üçün yaxşı şansı var. Onların hər ikisi Putinə zəng edə bilər. Lakin Köçəryanın hakimiyyətə gəlməsi nəqliyyat dəhlizlərinin blokdan çıxarılması ilə bağlı xeyli problemlər yarada bilər. Bu, onun Azərbaycanla münasibətlərdə "qırğı” imicinə çox ziddir. Əlbəttə ki, Qərbin də bu mürəkkəb sxemdə rolu var, amma çox da böyük deyil.

Həm İrəvan, həm də Bakı onları narahat edən məsələlərlə əlaqədar olaraq ABŞ, Avropa Birliyi və NATO-ya müraciət edib. Ancaq Qərbin erməni qoşunlarının Qarabağdan geri çəkilmək və ya Bakıdakı erməni məhbusları geri qaytarmaq imkanları yoxdur. “Rusiya hansı Ermənistanı görmək istədiyinə qərar verməlidir” deyən Ermənistan prezidenti Armen Sarkisyan son müsahibələrinin birində sanki Moskvanı daxili moderator roluna dəvət etmişdi. Birincisi, dar təsir qruplarının davamlı mübarizə apardığı zəifləmiş və son dərəcə asılı olan, yerləşmək üçün “böyük qardaş” ölkə axtarır. İkincisi, güclü Ermənistan öz nüfuz potensialını və ehtyatlarını möhkəmləndirməklə müttəfiqlərini onun maraqlarının və müdafiəsinin müdafiəsi üçün istifadə edə bilər. Lakin hələlik Ermənistan, Rusiya və Azərbaycan Qarabağ nizamlanması üçbucağına bağlıdır. Ermənistandakı seçkilərə yalnız köhnə müttəfiq deyil, həm də and içmiş düşmən təsir göstərə bilər” - Kornegi Fondu öz araşdırmasında belə yazır.

M.Vahidli AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu