“Yeni müharibə Ermənistanın birdəfəlik sonu olacaq” – rusiyalı politoloq


“Erməni cəmiyyəti intiqam alma cəhdlərini əbədi olaraq, unutmalı və özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin qurucu inkişafına diqqət yetirməli, Qaregin Njdenin millətçi ideologiyasından imtina etməlidir. Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq”.



Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı siyasi-hərbi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

Onun sözlərinə görə, Ermənistanın ən birinci Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmasına və regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var.


“Yalnız quruculuq və sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu son və qəti bir geosiyasi fəlakətə aparacaq”, - deyə rusiyalı analitik xəbərdarlıq edib.

Qeyd edək ki, 44 günlük müharibədəki kapitulyasiyadan sonra da Ermənistanda faşist təmayüllü qüvvələr hesabına yeni müharibə çağırışları sülh çağırışlarını eşidilməz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu