Qənirə Paşayeva qəhrəman şəhidimiz Alim İbrahimovun ailəsi ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Göyçay şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmiş Alim İbrahimovun əmisi Ərəstun Xalid oğlu İbrahimovla Mədəniyyət Komitəsində görüşüb, şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.



“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvüsüz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələri, doğmaları haqq edir. Biz şəhidlərimizin ailələrinə minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Alim İbrahimov Vətən Müharibəsində iştirak edərkən Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Alim kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid mədəniyyət işçisinin atası Səhrab İbrahimova Mədəniyyət Komitəsi adından ünvanlanmış Məktub, şəhidin əmisi Ə.İbrahimova təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu