Deputat vətəndaşları işğaldan azad olunan ərazilərə icazəsiz getməməyə çağırıb


“Deputatlar səbirsizliklə Şuşada parlamentin iclasının keçirilməsini gözləyir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat vətəndaşları işğaldan azad edilən ərazilər minalardan təmizlənməyincə həmin bölgəyə səfər etməməyə çağırıb: “Bu, insanlarımızın həyatı üçün çox böyük təhlükədir. Biz hamımız səbirsizliklə həmin ərazilərə getməyi gözləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu