Siyavuş Novruzov parlamentdə yeni komissiya yaradılmasını təklif edib, Aqil Abbas dəstəkləyib


“Apteklərlə bağlı müəyyən problemlər var. İnsanlar istədikləri dərmanları ala bilmirlər”.



“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Milli Məclis hər bir yazılan məsələni diqqətlə izləməlidir: “Dövlətimiz haqqında yazılan hər bir kitab analiz olunurdu. Müharibə və münaqişə ilə bağlı yazılar ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, bununla bağlı Milli Məclisdə komissiya yaradıla bilər. O baxımdan nə yazırıqsa, onunla bağlı komissiya fəaliyyət göstərməlidir. Digər təklifim isə ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərlə bağlı yazı, əsər, kitab yazanlara güzəştlər edilsin”.

Daha sonra çıxış edən deputat Aqil Abbas deyib ki, Siyavuş Novruzov çox ağıllı təklif irəli sürüb: “İşğaldan azad olunmuş ərazilərə investisiya qoyan şirkətlərə müəyyən güzəştlər edilsin. Hökumət də bu məsələyə köməklik edərsə, bu ərazilərdə daha sürətlə iş gedəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu