Siyavuş Novruzov DİN -i məhkəməyə verməyib- AÇIQLAMA


“Daxili İşlər Nazirliyini məhkəməyə verməmişəm”.



Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O, ölkə mətbuatında bu gün məsələ ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

***

Siyavuş Novruzov Modern.az saytına bu barədə geniş açıqlama verərək, aşağıdakıları bildirib:

“Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Oradada çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər.

Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur. Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi?

Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm".

Siyavuş Novruzov jurnalistləri onu rahat buraxmağa, belə qeyri-dəqiq məsələlərlə bağlı narahat etməməyə çağırıb. O, siyasi məsələlərdən artıq uzaq durduğunu da qeyd edib:

"Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar".

Xatırladaq ki, bu gün ölkə mediasında Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini məhkəməyə verməsi ilə bağlı xəbər yayılmışdı.

Yada salaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi. Siyavuş Novruzov bu qərarı qanunsuz hesab edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu