25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi


44 günlük Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.



“Qafqazinfo” xəbər verir ki, söhbət müddətdən artıq həqiqi hərbi qulluqçu olan 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçdən gedir. 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda da var idi.

Bildirilir ki, şəhidin nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Evin tək övladı olan R. Xaydaroviçin atası bir müddət əvvəl rəhmətə gedib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, şəhidin bu gün axşam saatlarında dəfn ediləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu