Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov ifşa etdi


Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Azərbaycan hakimiyyətində yer alan rusiyapərəst məmurların fəaliyyət istiqamətlərindən birini ifşa edib.



Qaynarinfo xəbər verir ki, sabiq nazir Azərbaycanda insan hüquq və azadlıqlarının nümayişkaranə şəkildə pozulmasının səbəbini açıqlayıb:

"Digər ölkələrdə olduğu kimi Azərbaycanda da hakim elitanın bir hissəsi mühafizəkar, bir hissəsi islahat yönümlü idi. Bu komponentlərin düzgün nisbəti idarəetmənin effektivliyini müəyyənləşdirirdi... Bir qayda olaraq, "qərbyönümlülər" islahatçılar, "rusiyapərəstlər" mühafizəkarlar idi. Mühafizəkarlar mövqelərini möhkəmləndirmək üçün Qərblə münasibətlərdə insan hüquqları, seçki və bu kimi sahələrdə problemlər yaratma taktikasından istifadə edirdilər. Tez-tez siyasi "qapazaltılar” seçilir, tamamilə əsassız və nümayişkaranə şəkildə "əzilirdilər”. Bütün bunlar Qərbin insan haqları təşkilatlarının etiraz dalğasına səbəb oldu və nəticədə rusiyapərəst "mühafizəkarlar"ın daxili siyasi mövqelərini gücləndirdi. Vəziyyətin dəyişməz qalmasını təmin etmək üçün mexanizm belə işləyirdi. Bu səbəbdən YouTube-də təhqiredici videolar yayımlayanların çoxunun rusiyapərəst mühafizəkarlar tərəfindən maliyyələşdirildiyi birdən-birə aydın oldu. Əlbəttə, sual yaranır ki, bu praktika onların öz təşəbbüsləridir, yoxsa Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilmiş işdir?.."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu