Yaz ağacəkmə mövsümündə ölkə üzrə 400 mindən çox ağac əkiləcək


Yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start veriləcək.



Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Report" bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmətin əməkdaşlarının iştirakı ilə karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.

O qeyd edib ki, bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 000-dən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu