Türkiyədə helikopter qəzasında şəhid olanların sayı 11-ə çatdı - YENİLƏNİB+FOTOLAR


Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11-ə çatıb.


Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Tatvanda qəzaya uörayan helikopterdəki qəhrəman silahdaşlarımızdan daha biri şəhid olub. Şəhid sayı 11-ə yüksəlib”, - nazirliyin açıqlamasında deyilir.

***

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 10 nəfərə yüksəlib.


AFN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

****

19:44

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu