YAP: Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq


Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.

Bu barədə “Report”a partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.

O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək:

“İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”.

Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu