Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə başlayıb - YENİLƏNİR


Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.


“Report”un xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

***

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.


Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edir.

***

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı üçün qeydiyyat başlayıb.


AFN.az xəbər verir ki, qeydiyyat bu gün saat 09:00-dan 10:00-dək aparılır. Saat 10:00-da qurultay işinə başlayacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu