Ən çox nöqsan KİVDF, QHT-lərə Dəstək Şurası və Aqrar Xidmətlər Agentliyində qeydə alınıb - SİYAHI


Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

AFN “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabata istinadən xəbər verir ki, cədvələ əsasən demək olar ki, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.

Nöqsan hallarının sayına görə ikinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal) gəlir. Üçüncü yerdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) qərarlaşıb.

Bildirilib ki, ötən il başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu