MN-nin idarə rəisi azad edilən ərazilərin minalardan təmizlənməsindən danışıb


"Şəxsi heyətin idarə olunması, mühəndis bölmələrinin tapşırıqları üzrə fəaliyyəti, o cümlədən taktiki-xüsusi fəaliyyətini yerinə yetirməsi üçün bütün ədəbiyyatlarımız, müdafiə nazirinin əmr və qərarları mühəndis qoşunlarında var".



"Report"un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov deyib.

O bildirib ki, nəzəri və təcrübi biliklərin şəxsi heyətə komandir hazırlığı zamanı və döyüş hazırlığı prosesində öyrədilməsi davam etdirilir: "İstehkam birliklərimizdə şəxsi heyət mühəndis maneələrinin dəf edilməsi və onlarda keçidlərin açılması zamanı təhlükəsizlik tədbirlərini, mina-partlayış maneələrinin kəşfiyyatı zamanı təhlükəsizlik qaydalarını təlimata uyğun öyrənir və tapşırıqları həyata keçirir. Bundan başqa, keçidlər hazırlananda və ərazi minalardan tam təmizlənəndə təhlükəsizlik tədbirləri nəzərdə tutulan şərtlərlə tənzimlənir. Mina təhlükəsizliyinin təmin olunmasında peşəkarlıq əsas şərtdir. Bu gün təhlükəsizlik birinci növbədə qarşımıza tapşırıq şəklində qoyulub. Əlbəttə ki, bütün işlər yerinə yetiriləcək, amma maksimum şəkildə biz şəxsi heyəti qorumalıyıq. Bilirsiniz ki, bunun üçün cənab Prezidentin göstərişiylə 20 ədəd xüsusi mexaniki minatəmizləmə texnikası alınıb. Əminliklə deyə bilərəm ki, bu texnikalar quruculuq işlərinə böyük töhfələr verəcək. Artıq 2 ədəd "MEMATT" markalı mexaniki minatəmizləmə texnikası Füzuli və Ağdam bölgələrində işləri yerinə yetirir. Bu texnikanın gündəlik gördüyü işlərin hesabatını alırıq.

Biz də bu məlumatları Dövlət Komissiyasına, mərkəzə çatdırırıq. Bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur. Bu işlərə cəlb olunan şəxsi heyətin təhlükəsizliyi baxımından onlar dünyanın ən müasir avadanlıqları ilə də təmin ediliblər. Bu, minaaxtaranlar rahat işləmək üçün selektivdir, effektivliyi həddən artıq çoxdur, həssasdır. Ən xırda metal parçası olduğu halda belə onu aşkarlayır. Hazırda istifadədədir. Döyüş əməliyyatları zamanı da bu minaaxtaran avadanlıqlarından geniş istifadə olundu və öz lazımi bəhrəsini verdi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu