“Baku Steel Company”də baş verən qəza ilə bağlı açıqlama


“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib.

“Report”un xəbərinə görə, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

MMC-dən “Report”a bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:

“İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddır. Bu baxımdan təhlükəsizlik tələblərinə tam əməl olunmaqla, zavod fəaliyyətini normal qaydada davam etdirir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu