Qalmaqallı MTK “Baku Steel Company”ni məhkəməyə verdi


“Azəri Steel-2009” MMC və “Baku Steel Company” QSC-lər məhkəməyə verilib.


“Ölkə.Az”ın məlumatına görə, “Orbita” MTK şirkətlərlə bağlı Bakı Kommersiya məhkəməsində iddia qaldırıb.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmə işinin mahiyyəti isə açıqlanmayıb.

Qeyd edək ki, mətbuatda “Orbita” MTK ilə bağlı çoxlu sayda şikayətlər səsləndirilir. Bildirilir ki, şirkətin tikdiyi mənzillərdə tikinti normalarına əməl olunmur, bir mənzil bir neçə adama satılır və s. dələduzluqlar edilir.

MTK 2006-cı ildə dövlət qeydiyyatpına alınıb və qanuni təmsilçisi Kərimov Namizəd Bəşir oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu