Saatlı sakinində odlu silahlar aşkarlandı


Saatlı rayon sakinindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu