Bakıda iki müəllimin koronavirusdan öldüyü təsdiqləndi


Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin iki müəllimi koronavirusdan vəfat edib.



Xeyli müddətdir xəstəxanada müalicə alan məktəbin riyaziyyat müəllimi İradə Tağıyeva aprelin 10-da dünyasını dəyişib. Digər bir müəllim, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə ötən gün vəfat edib.

Lalə Kərimova xəstəxanadan yayılan son videogörüntüsündə "uşaqları qoruyun” kəlməsini işlədib.

Sosial şəbəkələrdə yayılan xəbərləri Modern.az-a Bakı Şəhər Təhsil İdarəsi də təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu