Rusiya XİN: Vaşinqtonun davranışına cavab qaçılmaz olacaq


ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına və Vaşinqtonun təcavüzkar davranışına cavab qaçılmaz olacaq.



"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq zamanı bildirib.

“Bu cür təcavüzkar davranış, şübhəsiz ki, qəti bir cavab alacaq və sanksiyalara cavab qaçılmaz olacaq”, - o deyib.

M.Zaxarova vurğulayıb ki, Vaşinqton Rusiya-Amerika münasibətlərinin tənəzzülə uğramasına görə cavab verəcəyini başa düşməlidir.

Bir qədər öncə Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu