BDU-nun dosenti COVID-19-dan vəfat edib


Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.



AFN xəbər verir ki, universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İsmiyev 56 yaşında dünyasını dəyişib.

Onun koronavirusdan (COVID-19) öldüyü bildirilib.

Qeyd edək ki, A.İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu