Agentlik: Həbs olunan sədr nöqsanlara görə ötən il vəzifəsindən azad olunub


"Məmmədov Oruc Nüsrət oğlunun həbs edilməsi ilə bağlı yayılan məlumatlarda onun 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri kimi qeyd edilməsi doğru deyil".

Bu barədə AFN-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

"Çünki Oruc Məmmədov əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə hələ 26 oktyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin komissiyanın sədri vəzifəsindən azad edilib. 6 ay əvvəl vəzifəsindən azad edilmiş şəxsin yenə də həmin vəzifədə olması kimi qələmə verilməsi əsassızdır və yolverilməzdir", - məlumatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu