Makqreqor yaşlı kişini vurduğu barı satın aldı


Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində "Marble Arch" adlı barı satın alıb.



"Report" bjpenn.com" saytına istinadən xəbər verir ki, 33 yaşlı idmançı sözügedən obyekt üçün təqribən 1,5 - 2 milyon avro ödəyib.

İrlandiyalı döyüşçü 2019-cu ilin aprelində həmin barda yaşlı kişini vurub. İnsidentə döyülən şəxsin ona söz atması səbəb olub. Makqreqor bardakılara üzərində imzası olan viski içməyi təklif edib. Lakin onlardan biri bununla razılaşmayıb və döyüşçüyə "Rus səni döydü" (Həbib Nurməhəmmədovu nəzərdə tutub) deyib. Özündən çıxan Makqreqor həmin adamın üzərinə hücum çəkib.
Titullu idmançı əməlinə görə 1 000 avro cərimələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu