Bu universitet bir qrup tələbənin təhsil haqqına güzəşt edib


ADA Universiteti 2020-2021-ci tədris ilinin Payız-Yaz semestri üzrə təhsil haqqına güzəşt əldə edən tələbələrinin sayını açıqlayıb.



Universitetdən bildirilib ki, ümumilikdə akademik nəticəsinə görə fərqlənən 337 bakalavr tələbəsi təhsil haqqı güzəştindən yararlanıb. Əlaçı tələbələr "Rektorun şərəf siyahısı", "Dekanların fərqlənmə siyahısı" və "Yüksək göstəricilər" üzrə üç fərqli kateqoriyadakı güzəştlərdən faydalanıblar.

İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin 135, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin 66 və Biznes fakültəsinin 136 bakalavr tələbəsi güzəşt əldə ediblər.

"Rektorun şərəf siyahısı" üzrə təqaüd alan tələbələr bir illik təhsil haqqına 100%, "Dekanların fərqlənmə siyahısı" üzrə təqaüd alanlar 50%, "Yüksək göstəricilər" siyahısı üzrə təqaüd alanlar isə 25% güzəşt əldə ediblər.

Eyni semestr üzrə ADA Universitetinin 28 magistr tələbəsi də akademik nəticələrinə görə 20% təhsil haqqı güzəşti əldə ediblər.

İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin 9, Biznes fakültəsinin 10, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin 2, Təhsil fakültəsinin isə 7 tələbəsi 20% güzəştdən yararlanıblar.

Qeyd edək ki, ADA Universiteti tərəfindən universitetə qəbul imtahanında yüksək nəticə göstərənlərin və xüsusi sosial statusa malik olanların təhsil haqqına xüsusi güzəştlər təqdim olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu